Xəstəliklər və vəziyyətlər

Uşaqlıq mioması

XəstəlikSon yenilənmə:

Uşaqlıq mioması nədir?

Qısa cavab

Uşaqlıq mioması uşaqlığın əzələ qatından inkişaf edən xoşxassəli düyündür. Bir çox qadında heç bir əlamət vermir və təsadüfən USM zamanı aşkarlanır. Əlamətlər miomanın ölçüsündən və yerləşməsindən asılıdır: güclü və ya uzun sürən aybaşı, çanaq nahiyəsində təzyiq, tez-tez sidik ifrazı və ya qəbizlik ola bilər.

Niyə yaranır?

Dəqiq səbəbi tam məlum deyil. Genetik amillərin və qadın cinsi hormonlarının — estrogen və progesteronun — miomanın böyüməsində rolu olduğu qəbul edilir. Reproduktiv yaş, ailədə mioma halları və artıq çəki risk amilləri sayılır; fiziki aktivlik və normal bədən çəkisi isə riskin azalması ilə əlaqələndirilir. Doğuş etmiş qadınlarda risk doğmamış qadınlarla müqayisədə daha aşağıdır.

Yerləşməsinə görə növləri

Uşaqlıq boşluğuna doğru böyüyən (submukoz), uşaqlıq divarının daxilində olan (intramural) və uşaqlığın xarici səthində yerləşən (subseroz) miomalar fərqləndirilir. Hər növün şikayətləri fərqlidir. → Mionanın yeri və şikayətlər cədvəli

Diaqnostika

  • ginekoloji müayinə;
  • ginekoloji USM — əsas üsul;
  • bəzi hallarda MRT;
  • qanazlığını yoxlamaq üçün qan analizi.

Müalicə seçimləri

  • əlamət yoxdursa — müntəzəm USM nəzarəti;
  • qanaxmanı və digər şikayətləri azaltmaq üçün dərman müalicəsi; bəzi hallarda hormonal uşaqlıqdaxili vasitə;
  • miomektomiya — uşaqlığı saxlamaqla düyünlərin laparoskopik və ya açıq üsulla çıxarılması;
  • histerektomiya — uşaqlığı saxlamaq planı olmadıqda və digər üsullar uyğun gəlmədikdə.

Seçim şikayətlərə, miomanın ölçüsü və yerinə, yaşa və hamiləlik planına görə edilir.

Mioma və hamiləlik

Mioması olan bir çox qadın hamilə qalır və uşaq dünyaya gətirir. Hamiləlik zamanı mioma böyüyə və ağrıya səbəb ola bilər, buna görə belə hamiləliklər daha diqqətlə izlənilir.

Mediada

Dr. Fatimə Oruczadə İctimai TV-nin «Sağlam yaşamaq» verilişində (01.02.2022) uşaqlıq miomalarının yaranma səbəbləri, əlamətləri və müalicəyə müasir yanaşma barədə danışıb. → Videoya baxın

Qısa suallar

Mioma xərçəngə çevrilə bilərmi?

Mioma xoşxassəli törəmədir və bədxassəli şişə çevrilməsi çox nadir hesab olunur. Lakin sürətlə böyüyən düyün, xüsusilə menopauzadan sonra, əlavə müayinə tələb edir. Buna görə mioması olan qadınlar həkimin tövsiyə etdiyi intervalla USM nəzarətindən keçməlidir.

Mioması olan qadın hamilə qala bilərmi?

Bəli, çox vaxt qala bilir. Hamiləliyə təsir əsasən miomanın yerindən və ölçüsündən asılıdır; uşaqlıq boşluğuna doğru böyüyən düyünlər daha çox problem yarada bilər. Hamiləlik planlaşdırırsınızsa, əvvəlcə həkimlə miomanın vəziyyətini qiymətləndirin.

Saytda axtarış

Qəbula yazılın

Dr. Fatimə Oruczadə Məlhəm Beynəlxalq Hospitalda qəbul edir.

Formda xəstəliyiniz barədə ətraflı tibbi məlumat yazmayın — bunu qəbulda həkimlə müzakirə edəcəksiniz.

Dr. Fatimə Oruczadə

Rəqəmsal vizitkart

Dr. Fatimə Oruczadə

Cərrah mama-ginekoloq

Məlhəm Beynəlxalq Hospital
Cəmşid Naxçıvanski küçəsi, Nizami rayonu, Bakı

09:00–17:00 · Təcili tibbi xidmət 7/24

Kontaktı yadda saxla

Video

YouTube-da açın